Bank Of Baku

Hindistan Kəşmirinə polis və yarı-hərbi qüvvələr yerləşdirilib

Hindistan Kəşmirinə polis və yarı-hərbi qüvvələr yerləşdirilib
# 31 iyul 2010 23:50 (UTC +04:00)
Bakı-APA. Hindistan 3 nümayişçinin ölümü, 75-nin yaralanması ilə nəticələnən qarşıdurmadan sonra komendant saatı tətbiq edilən Kəşmirə polis və yarı-hərbi qüvvələr yerləşdirilib. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, yarı-hərbi qüvvələr Sopore və Pattan şəhərlərində Hindistan hökuməti əleyhinə nümayiş keçirənləri atəşə tutub. Kəşmir əyalətindəki toqquşmalar zamanı bir necə adamın yaralandığı bildirilir. Srinaqar şəhərində polis daş atan nümayişçilərə atəş açıb, nəticədə iki adam yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR