Bank Of Baku

Braziliya barəsində ölüm hökmü çıxarılmış İran qadınına sığınacaq verməyə hazırdır

Braziliya barəsində ölüm hökmü çıxarılmış İran qadınına sığınacaq verməyə hazırdır
# 01 avqust 2010 03:41 (UTC +04:00)
Bakı-APA. Braziliya prezidenti Luiz Inacio Lula da Silva İranda zina etdiynə görə barəsində ölüm hökmü çıxarılmış qadına sığınacaq verməyə hazır olduğunu bildirib.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, Lula bildirib ki, "əgər bu İran cəmiyyəti üçün problemlər yaradırsa, bu zaman Braziliya Sakine Mohammadi Aştianyəni qəbul etməyə hazırdır.
Xatırladaq ki, Aştianiyə zina etməkdə təqsirli bilinib və daşlanmaya məhkum edilib. Amma təqsirini boynuna almayıb. Braziliya daxil olmaqla bu qadının müdafiəsinə qalxmış ölkələrdə İran məhkəməsinin qərarı etirazlara səbəb olub.

Lula da Silva deyib ki, “İran prezidenti Mahmud Əhmədinejad məni dost adlandırır və mən onunla bu məsələni müzakirə etməyə hazıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR