Bank Of Baku

Pakistanda sel 1100-dən çox adamı aparıb

Pakistanda sel 1100-dən çox adamı aparıb
# 02 avqust 2010 08:07 (UTC +04:00)
Bakı – APA. Pakistandakı sel fəlakəti nəticəsində ölənlərin sayı 1100 nəfərə çatıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 27 mindən çox adam evsiz-eşiksiz qalıb və yardıma möhtacdır. Ölənlərin sayı arta bilər, çünki xilasedicilər fəlakət zonasındakı bəzi ucqar rayonlara gedə bilmirlər. Xilasetmə əməliyyatlarında 43 hərbi vertolyot, 100-dən kater iştirak edir.

Təbii fəlakətdən ən çox zərər çəkən əyalət olan Hayber-Paxtunxvanın informasiya naziri Mian İftixar Hüseyn seldən ümumilikdə 1,5 milyondan çox adamın zərər çəkdiyini deyib.

Xatırladaq ki, sel iyulun sonunda leysan yağışlarından sonra çayların öz yatağından çıxması nəticəsində başlayıb. Bu, 1929-cu ildən bəri bölgədə ən iri miqyaslı sel fəlakətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR