Bank Of Baku

Çinli fəhlə naməlum səbəbdən 11 nəfəri öldürüb

Çinli fəhlə naməlum səbəbdən 11 nəfəri öldürüb
# 02 avqust 2010 19:59 (UTC +04:00)
Bakı-APA. Çinin Xebey əyalətində çalovlu yükləyici sürən fəhlə 2 saat ərzində dükan və avtomobillərə hücum edib. Onun hərəkətlərinin nəticəsində 11 nəfər həlak olub və 17 nəfər yaralanıb.

38 yaşlı Li Syanlyan Yuanşi şəhərində kömür hasilatı müəssisəsində işləyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o naməlum səbəblərdən şirkətin müştərisini öldürüb və ondan sonra xeyli miqdarda alkoqol qəbul edərək çalovlu yükləyicinin sükanı arxasına keçib və şəhər küçələrinə yönəlib. Yolboyu o qarşısına keçən hər şeyə hücum edib. Polis cinayətkarı şəhərdən kənarda ələ keçirə bilib.

Çin qanunlarına görə, Li Syanlyanı edam cəzası gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR