Bank Of Baku

Çin strateji cəhətdən vacib metalların ixracını azaldıb

Çin strateji cəhətdən vacib metalların ixracını azaldıb
# 02 avqust 2010 22:46 (UTC +04:00)
Bakı-APA. Çin 2010-cu ilin ikinci yarısı üçün 17 nadir torpaq metallarının ixracının kvotasını 72% azaldıb. Bu barədə The Daily Telegraph yazır. Britaniya qəzeti Çinin hazırda yüksək texnoloji məhsul yaradılmasında həyati əhəmiyyət daşıyan bu elementlərin hasilatı və emalı sahəsində mütləq inhisarçıya çevrildiyini bildirir. Belə metalların dünya üzrə istehsalının təxminən 97%-i Çinin payına düşür.

Bu elementlərə samarium, terbium, lantan, lütesium, tulium və başqaları daxildirlər. Onlarsız iPad, Blackberry, su filtrləri, şüa və hibrid avtomobillərin yaradılması mümkün deyil.

Bundan əlavə, mürəkkəb hərbi texnikanın əhəmiyyətli hissəsi də bu elementlərin köməyilə düzəlir. Belə ki, ABŞ-ın «Abrams» tankı Aegis Spy radarı Çin samariumu olmadan düzələ bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR