Bank Of Baku

İsrail BMT-nin ’’Azadlıq donanması’’na hücumla bağlı təhqiqat aparmasına razılıq verib

İsrail BMT-nin ’’Azadlıq donanması’’na hücumla bağlı təhqiqat aparmasına razılıq verib
# 03 avqust 2010 01:49 (UTC +04:00)
Bakı-APA. İsrail may ayında Qəzzaya yardım daşıyan gəmiyə insan ölümülə nəticələnmiş hücumun BMT tərəfindən aparılan təhqiqatında iştirak etməyə razılıq verib. İsrail indiyə qədər insidentlə bağlı müstəqil beynəlxalq təhqiqatın aparılması çağırışlarını rədd edirdi.

BMT-nin Baş katibi Pan Gi Mun dörd nəfərdən ibarət heyətin hücumla bağlı təhqiqat aparacağını elan edib.

May ayında ’’Azadlıq donanması’’na hücum zamanı İsrail komandosları Fələstin tərəfdarı səkkiz türk fəalı və bir amerikalı türkü qətlə yetirmişdi. Donanma Həmasın nəzarətində olan Qəzzanın İsrail tərəfindən blokadasını yarmağa çalışırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR