Bank Of Baku

Obama ordunun İraqdan çıxacağını təsdiqlədi

Obama ordunun İraqdan çıxacağını təsdiqlədi
# 03 avqust 2010 23:39 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama təsdiq edib ki, avqustun 31-dən sonra ordu İraqda bütün hərbi əməliyyatları dayandıracaq.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, hazırda İraqda olan 65 min amerikalı əsgərin 50 mini 2011-ci ilin sonuna kimi ölkədə qalacaq və İraq ordusuna müşavirlik edəcək.
Prezident Obama elan edib ki, əməliyyatlara son qoyulması "söz verildiyi kimi və vaxtında" həyata keçiriləcək.
Bu elan ABŞ və İraq arasında son itkilər barədə mübahisənin getdiyi bir vaxtda edilib.
ABŞ prezidentinin çıxışının əsas mövzusu seçki kampaniyası zamanı İraqa dair verdiyi vədlərə əməl edilməsi idi.
O bu çıxışı Əlil Amerika Müharibə Veteranlarının qurultayında edib.
Lakin prezident xəbərdarlıq edib ki, bu, ABŞ-ın İraqda verdiyi qurbanların sonu demək deyil.
"Məni səhv başa düşməyin. Bizim İraqa dair öhdəliyimiz dəyişir. Əsgərlərimizin göstərdiyi hərbi səylərdən, diplomatlarımızın mülki həyatın normallaşmasına yönəlmiş tədbirlərinə doğru."
Bu arada, təkcə ötən ayda hücumları nəticəsində ABŞ-ın 222 hərbiçisi həlak olub. Bağdad isə ölənlərin sayının 535 olduğunu israr edir.
Bu isə son iki il ərzində bir ay içində İraqda ən böyük sayda adamın həlak olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR