Bank Of Baku

NATO-nun aviazərbələri nəticəsində Əfqanıstanda 12 dinc sakin həlak olub

NATO-nun aviazərbələri nəticəsində Əfqanıstanda 12 dinc sakin həlak olub
# 05 avqust 2010 16:50 (UTC +04:00)
APA-nın məlumatına görə, insidentin baş verdiyi Nanqarhar əyalətinin Hoqyani mahalının rəhbəri Məhəmməd Həsən (Mohammad Hassan) bildirib ki, koalisiya qüvvələri ötən gecə əməliyyat keçirib. Nokrhail kəndində NATO qüvvələri havadan avtomobilə zərbələr endirib, nəticədə 12 dinc sakin həlak olub. Qonşu Həşimhail kəndində isə 14 nəfər aviazərbələrin qurbanı olub. Ölənlərdən neçəsinin dinc sakin, necəsinin isə talib olduğu məlum deyil.

Prezident H. Kərzay müdafiə və daxili işlər nazirlərinə, xüsusi xidmət, habelə yerli hakimiyyət orqanlarına Hoqyan mahalında dinc sakinlərin həlak olması ilə bağlı araşdırılma aparılması barədə göstəriş verib.

Öz növbəsində, NATO qonşu Şirzad mahalında əməliyyat keçirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR