Bank Of Baku

Yağış və daşqın Şimali Koreyaya ciddi ziyan vurub

Yağış və daşqın Şimali Koreyaya ciddi ziyan vurub
# 05 avqust 2010 23:05 (UTC +04:00)
Bakı-APA. Bu ilin iyulunda Şimali Koreyada yağan şiddətli yağışlar ölkənin infrastrukturuna ciddi ziyan vurub.

Yaranmış daşqın nəticəsində təxminən 5,5 min şəxsi ev və 350 ictimai bina dağılıb. 14,5 min hektar kənd təsərrüfatı sahələri suyun altında qalıb.

Yanqando və Xamxyon-Namdo əyalətlərində mindən artıq ev uçub. Kanvondo və Pxyonan-Namdo əyalətlərində isə sahillərindən çıxmış çaylar yolları və körpüləri uçurublar. İrriqasiya sistemi və elektrik xətlərinə də ziyan dəyib.

Koreya KİV-də təbii fəlakət nəticəsində insanların həlak olduğu barədə də məlumat verilir, lakin qurbanların sayı barədə məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR