Bank Of Baku

Hörmüz Boğazında Yaponiyaya məxsus gəmidə baş verən partlayışa səbəb hücum olub

 Hörmüz  Boğazında Yaponiyaya məxsus gəmidə baş verən partlayışa səbəb hücum olub
# 07 avqust 2010 02:11 (UTC +04:00)
Bakı-APA. Yaponiyaya məxsus tankerdə Hörümüz boğazında partlayış baş verib. Hadisəni araşdıran tədqiqatçıların sözlərinə görə partlayışa səbəb terror hücumu aktı olub.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, BƏƏ-dəki sahil keşik xidmətindən bildirilib ki, gəminin yan divarında əldə düzəldilmiş partladıcı qurğunun qalıqları aşkar edilib.

BBC-nin təhülkəsizlik üzrə müxbiri bildirir ki, bu, 8 il əvvəl Yəmən sahili yaxınlığında tankerə edilmiş hücumdan sonra bu regionda baş verən ən ciddi dənizçilik terror aktıdır.

Bu həftənin əvvəlində Əl-Qaidə ilə əlaqəli olan bir qrup partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Tankerin sahibi olan Yaponiya şirkəti bildirib ki, heyət bu hadisəyə hücumun səbəb olduğuna inanır.

Hadisədən sonra gəminin yan aldığı Birləşmiş Ərəb Əmirliklərindən daxil olan məlumatlarda deyilir ki, bu terror aktı imiş.

Ərəb Əmirliklərinin sahil sərhəd xidməti gəminin korpusunda əldə düzəldilmiş partlayıcı maddələrin tapıldığı barədə bəyan edib.

İki gün əvvəl əl-Qaida ilə əlaqəli silahlı qrup hadisəni arxasında olduğunu bildirdi. Bu Hörmüz Boğazında gəmilərin hərəkətinin təhlükəsizliyinə dair narahatlıqlar yaradacaq. Hörmüz Boğazı Körfəzdən daxil olan neft daşınmaları üçün həyati əhəmiyyət daşıyır.

Hadisə ilə bağlı müəmmanın bir hissəsi də tankerə dəyən ziyanın böyük olmaması idi. Korpusda adi çatın yaranmasını xüsusi bir hadisə ilə izah etmək olmurdu. Dalğanın təsiri və yaxud hər hansı toqquşma barədə də söhbətlər gəzirdi.
Bu, əlbəttə ki, regionda gəmilərə edilən ilk hücum deyil. Fransanın Limburq tankeri 2002-ci ildə Yəməndə hücuma məruz qalmışdı. 2000-ci ildə isə Amerikanın Cole hərbi gəmisinə Yəmənin Aden limanında hücum edilmişdi və 17 Amerika matrosu öldürülmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR