Bank Of Baku

İranda daşqalaq olunmaqla ölümə məhkum edilən qadın hakim dairələri yalan danışmaqda ittiham edib

İranda daşqalaq olunmaqla  ölümə məhkum edilən qadın hakim dairələri yalan danışmaqda ittiham edib
# 07 avqust 2010 18:33 (UTC +04:00)
APA-nın BBC radiosuna istinadən verdiyi xəbərə görə, qadın hakim dairələrin onu gizli edam etmək istədiklərini, buna görə cəmiyyətə onunla bağlı yalan informasiya verdiklərini deyib.

Qeyd edək ki, Səkinə Məhəmməd Aştiani nikahdan kənar əlaqələrdə ittiham edilərək, həbs olunub.

İki uşaq anası olan Səkinə Qardian qəzetinə deyib ki, iranlı rəsmilər onu ərini öldürməkdə günahkar bilirlər və onu daşqalaq edilməklə ölümə məhkum ediblər.

Beynəlxalq etirazdan sonra ilkin hökm İranın ədliyyə rəsmiləri işə baxana kimi təxirə salınıb.

Vasitəçinin köməyi ilə danışan xanım Aştiani deyib ki, ona qarşı sərt rəftara səbəb məhz qadın olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR