Bank Of Baku

Əfqanıstanın şimalında bir amerikalı və 2 alman həlak olub

Əfqanıstanın şimalında bir amerikalı və 2 alman həlak olub
# 07 avqust 2010 23:33 (UTC +04:00)
Bakı-APA. Əfqan polisinin şənbə günü bildirdiyinə görə, Əfqanıstanın şimal-şərq əyaləti olan Bədəxşan vilayətində həlak olan 10 nəfərin vətəndaşlığı təsdiqlənib. Onlardan ikisi Amerika vətəndaşı, altısı Almaniya vətəndaşı və ikisi isə Əfqan tərcüməçilərdir.

APA-nın Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, Bədəxşan vilayəti polisinin baş inspektoru A.N.Kintoz bildirib ki, yuxarıda adları çəkilənlər Bədəxşan vilayətinin cənub hissəsində oğurlanıb və öldürülüb. Həlak olanlarla birlikdə daha bir tərcüməçi olub, lakin o gizlənərək sağ qalmağa müvəffəq olub.

Eyni zamanda Beynəlxalq Xilasedicilər Təşkilatının nümayəndəsinin sözlərinə görə həlak olanlar arasında 6 Amerika vətəndaşı da olub.

Yuxarıda adları çəkilənlərin cəsədləri əfqan xilasediciləri tərəfində aşkarlanıb.

Bildirilir ki, həlak olanlar həmin ərazilərə turist səfəri ediblər və qayıdan zaman yolda qətlə yetiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR