Bank Of Baku

İndoneziyada içində 50 sərnişin olan gəmi-bərə batıb

İndoneziyada içində 50 sərnişin olan gəmi-bərə batıb
# 09 avqust 2010 09:08 (UTC +04:00)
Bakı - APA. İndoneziyanın şərqində içində 50 sərnişin olan gəmi-bərə batıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Adonara Timur dairəsinin polis rəisi Abdul Rahma Aba bərənin avqustun 9-da səhər Şərqi Kiçik Zond adalarında (East Nusa Tenggara) qəzaya uğradığını açıqlayıb. Gəmi-bərə Adonaradan Lembatu adalarına gedirmiş və sahildən 2 mil aralıda batıb. Sərnişinlərdən 16-sı xilas edilib, azı 10 nəfərin boğulduğu bəllidir. Digərləri isə itkin düşmüş sayılır.


Qeyd edək ki, bərə 17 mindən çox adası və 235 milyon nəfər əhalisi olan İndoneziyada əsas nəqliyyat vasitəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR