Bank Of Baku

Çində daşqın və sürüşmədən həlak olanların sayı 337-yə çatıb

Çində daşqın və sürüşmədən həlak olanların sayı 337-yə çatıb
# 09 avqust 2010 22:35 (UTC +04:00)
Bakı-APA. Çinin şimal-qərbindəki Qansu əyalətində şiddətli yağış, sürüşmə və çay daşması nəticəsində həlak olanların sayı 337-yə çatıb.

Güclü yağışlar şənbə günü Qansu əyalətinin Çjoutsyuy mahalında sürüşməyə səbəb olub. Sürüşən dağ süxurları mahalın yüzlərlə evini məhv edib, həmçinin yerli çay bəndini dağıdıb. Nəticədə su yaxınlıqdakı yaşayış məntəqələrini basıb.

Dəqiqləşdirilmiş məlumata görə, dağıntılar altından 337 nəfərin cəsədi çıxarılıb. 1148 isə itkin düşmüş sayılır.

Daha öncə 137 həlak olan barədə məlumat verilirdi.

Yerli hökumətin məlumatına görə, dağıntılar altından 1242 nəfər sağ çıxarılıb.

Çjoutsyuy mahalı hər tərəfdən dağlarla əhatə olunub. Rəsmi məlumatlara əasən, bölgədə 135 min nəfər yaşayır, əhalinin 30%-i tibetlilərdir. Təbii fəlakət faktiki olaraq mahalın 6 kəndi və 2 şəhərciyini yer üzündən silib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR