Bank Of Baku

İndoneziya polisi radikal müsəlman ruhani Əbu Bakar Bəşiri həbs etdiyini bildirib

İndoneziya polisi radikal müsəlman ruhani Əbu Bakar Bəşiri həbs etdiyini bildirib
# 10 avqust 2010 00:15 (UTC +04:00)
Bakı-APA. İndoneziya polisi radikal müsəlman ruhani Əbu Bakar Bəşiri yeni silahlı şəbəkə ilə terrorçu əlaqələri olmasını güman edərək həbs etdiyini bildirib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Milli polis sözcüsü Edvard Aritonanq bildirib ki, Bəşir təlimlərdə, liderlərim seçimi prosesində, terroçu hücumların planlaşdırılmasında və Açehdə əl-Qaidə qrupu üçün pul toplamaqda iştirak edib. Açehdə əl-Qaidə nisbətən yeni qrupdur və Cəmaa İslamiyyənin narazı üzvləri tərəfindən yaradılıb. Bu qrup 2002-ci ildə Balidə 202 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məhsuliyyət daşıyır. Rəsmilər bildirib ki, Bəşir Qərbi Yavanın Siamis rayonunda həbs olunub. O, sorğu-sual edilmək üçün paytaxt Cakartaya aparılıb. Təhlükəsizlik üzrə analitik Ken Kondoy bildirib ki, rəsmilər Bəşirin yeni formalaşmış qrupla əlaqəsi olduğu barədə bir müddətdir məlumata malik idilər. Bəşir terrorçu hücumlarda iştirak etdiyinə görə artıq iki dəfə həbsə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR