Bank Of Baku

Pakistanın müdafiə məhsulları üzrə federal naziri istefa verib

Pakistanın müdafiə məhsulları üzrə federal naziri istefa verib
# 27 sentyabr 2010 10:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Pakistanın müdafiə məhsulları üzrə federal naziri Əbdül Qəyyum Xan Catoi istefaya gedib. APA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, müdafiə məhsulları naziri sabiq baş nazir Bənazir Buhuttonun öldürülməsi də daxil olmaqla, bir çox sui-qəsdlərin arxasında ordunun dayandığını iddia edərək istefa ərizəsi yazıb.

Ötən gün jurnalistlərə açıqlamasında ordunu ittiham edən nazir bu gün baş nazir Yusif Gilani tərəfindən qəbul olunub. Bundan sonra Əbdül Qəyyum Xan Catoi istefaya getdiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR