Bank Of Baku

Əfqanıstan prezidentinin qardaşı korrupsiya və reketdə ittiham olunur

Əfqanıstan prezidentinin qardaşı korrupsiya və reketdə ittiham olunur
# 27 sentyabr 2010 16:29 (UTC +04:00)
Bakı - APA. ABŞ-ın hüquq-mühafizə orqanları Əfqanıstan prezidenti Həmid Karzayın böyük qardaşı Mahmud Karzay barəsində cinayət işi açıb.

APA-nın “The Wall Street Journal”a istinadən xəbərinə görə, ABŞ vətəndaşı olan Mahmud Karzay haqqında rüşvətxorluq, dələduzluq, reket və vergilərdən yayınma ittihamları üzrə araşdırma aparılır.

M.Karzay ABŞ Ədliyyə Nazirliyinə tabe olan prokurorların onun əleyhinə hansısa dəlil tapacağına inanmadığını bildirib: “Çünki mən, sadəcə, iş adamıyam”.

O da məlum olub ki, Əfqanıstan prezidentinin qardaşı ilə yanaşı, Əfqanıstanın yüksək rütbəli məmurları barəsində də istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR