Bank Of Baku

Mərkəzi Kəşfiyyat agentliyinin rəhbəri Pakistandadır

Mərkəzi Kəşfiyyat agentliyinin rəhbəri Pakistandadır
# 29 sentyabr 2010 19:41 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Mərkəzi Kəşfiyyat agentliyinin rəhbəri Leon Panetta Pakistan rəsmiləri ilə danışıqlar aparmaq üçün bu ölkəyə səfər edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Pakistanın adı açıqlanmayan rəsmisi bildirib ki, Leon Panetta Pakistanın baş kəşfiyyat agentliyinin rəhbəri, general-leytenant Əhməd Şuja Paşa ilə İslamabadda görüşəcək. Görüşdə Əl-Qaidə və digər qruplara qarşı mübarizədə əməkdaşlıq məsələsinin müzakirə ediləcəyi bildirilir. Mərkəzi Kəşfiyyat agentliyinin direktoru Pakistana Birləşmiş Ştatların ölkənin şimal-qəbində qəbilələrin yaşadığı bölgələrdə yaraqlılara qarşı bomba hücumlarını intensivləşdirdiyi bir vaxt səfər edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR