Bank Of Baku

Tehranda həkimə qarşı terror aktı törədənlərdən biri özünü öldürüb

Tehranda həkimə qarşı terror aktı törədənlərdən biri özünü öldürüb
# 30 sentyabr 2010 12:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İranın ürək cərrahiyyəsi üzrə mütəxəssisi, doktor Qulamrza Sərabiyə qarşı terror aktı törətməkdə ittiham olunanlardan biri özünü öldürüb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, polis axtarışda olan 58 yaşlı Bəhmən Kəriminin avtomobilini saxlamaq istəyərkən o qaçıb. Hadisə İranın Gilan şəhərində baş verib. Avtomobili dərəyə ataraq dağlara qaçmaq istəyən terrorçu polis tərəfindən mühasirəyə alınıb. Məlumatda bildirilir ki, terrorçu öz silahı ilə özünü vurub və hadisə yerində ölüb.

Qeyd edək ki, Bəhmən Kərimi, oğlu Səccad Kərimi və yeznəsinin doktor Qulamrza Sərabiyə qarşı şəxsi klinikasının qarşısında terror törətdikləri bildirilir.
Hazırda Səccad Kərimi axtarışdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR