Bank Of Baku

İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir

İran ABŞ-ın sanksiyalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətlənidirir
# 02 oktyabr 2010 00:19 (UTC +04:00)
Bakı-APA. İranın Xarici işlər nazirliyi ABŞ-ın insan hüquqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsinə cavab olaraq, Birləşmiş Ştatları İranın daxili işlərinə qarışmaqda ittiham edib. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Bu həftənin əvvəli ABŞ prezidenti Barak Obama İranda mübahisəli prezident seçkilərindən sonra etiraz nümayişlərini dağıtmaqda ittiham olunan səkkiz İranın rəsmisinə qarşı sanksiyalar tətbiq edilməsi haqda fərman imzalayıb. İranın dövlət mətbuatı Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəstə istinadən xəbər verib ki, bu addım Amerikanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra baş verən iğtişaşları dəstəklədiyini sübut edir. ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların İran xalqını dəstəklədiyini, lakin müxalifət hərəkatına heç bir şəkildə təsir etmədiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR