Bank Of Baku

Qəndəharda iki gün ərzində beş partlayış baş verib

Qəndəharda iki gün ərzində beş partlayış baş verib
# 05 oktyabr 2010 22:44 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın Qəndəhar əyalətində baş vermiş iki bomba partlayışı nəticəsində doqquz nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, yerli hakimiyyət nümayəndələri bildiriblər ki, ilk olaraq partlayıcı qurğu yerləşdirilmiş avtomobil partlayıb, sonra bir qədər zəif ikinci partlayış baş verib. Ölənlər və xəsarət alanlar arasında qadın və uşaqlar var.

Bazar ertəsi Qəndəhar vilayətinin rayonlarının birinin keçmiş başçısı öldürülüb. Şəhərdə həmin gün üç partlayış nəticəsində dörd polis əməkdaşı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR