Bank Of Baku

İraqın Mosul şəhərinin yüksək səviyyəli polis işçisi qətlə yetirilib

İraqın Mosul şəhərinin yüksək səviyyəli polis işçisi qətlə yetirilib
# 06 oktyabr 2010 00:43 (UTC +04:00)
Bakı-APA. İraqın şimalındakı Mosul şəhərinin yüksək səviyyəli polis işçisi Məhəmməd Əziz evinin yaxınlığında güllə ilə vurularaq öldürülüb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu insident son zamanlar yaraqlıların ölkədəki təhlükəsizlik qüvvələri və hökumət işçilərinə artan hücumlar sırasındadır.
Bir gün əvvəl həyata keçirilən hücum zamanı Birləşmiş Ştatların əsasını qoyduğu Əl-Hürrə televiziyasında işləyən jurnalist də daxil edilməklə, 8 nəfər həlak olub. Polis iraqlı jurnalist Tahrir Kədhəm Cavadın Garma şəhərində maşına yerləşdirilmiş maqnit-bombanın partlaması nəticəsində öldüyünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR