Bank Of Baku

Rusiyalı silah alverçisi Viktor Butun üzərindən ittihamlar götürülüb

Rusiyalı silah alverçisi Viktor Butun üzərindən ittihamlar götürülüb
# 06 oktyabr 2010 23:17 (UTC +04:00)
Bakı-APA. Tailand məhkəməsi pul yumaqda və qanunsuz pul ötürmələri ilə məşğul olmaqda şübhəli bilinən rusiyalı silah alverçisi Viktor Butun üzərindən ittihamları götürüb. Buna səbəb sübutun çatışmazlığı və onun ABŞ-a ekstradisiya edilmək ərəfəsində olmasıdır. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Tailand Ali məhkəməsinin avqust ayında çıxarılan qərarına görə But əvvəlki ittihamlara görə ekstradisiya edilməliydi. Lakin ABŞ məhkəmənin başqa tərəfə istiqamət götürəcəyindən ehtiyatlanaraq, bu qərardan sonra yeni ittihamları irəli sürdü. Bu gün Banqkokun cinayət məhkəməsi yeni ittihamları əhatə edən prosesi ləğv edib. Rusiya ABŞ-ın ekstradisiyaya dair cəhdlərinə sərt etiraz edib. Keçmiş Sovet hava qüvvələrinin zabiti Butun Rusiya təhlükəsizlik məsələlərinə dair həssas məlumatlara malik olduğuna inanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR