Bank Of Baku

Şimali Koreya Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir

Şimali Koreya Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir
# 07 oktyabr 2010 23:42 (UTC +04:00)
Bakı-APA. Yüksək rütbəli ABŞ diplomatı bildirib ki, Şimali Koreya nüvə proqramına dair altıtərəfli danışıqlara yenidən başlamazdan əvvəl Cənubi Koreya ilə müsbət münasibətlərə hazır olduğunu sübut etməlidir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, dövlət katibinin yardımçısı Kört Kampbel Seulda Obama administrasiyasının mövqeyini ifadə edib. Cənab Kampbel orada dövlət rəsmiləri ilə Kim Conq İl-in kiçik oğlu Kim Conq Un-un ölkənin növbəti lideri seçməsini müzakirə etmək üçün görüşürdü. Şimali Koreya nüvə proqramına dair danışıqları 2008-ci ildə araşdırmalara görə mübahisə üzündən dayandırıb, və ikinci nüvə silahını növbəti il sınaqdan keçirdi. Lakin avqust ayında Çinə səfəri zamanı Kim Conq İl danışıqların erkən bərpasına çağırdığı bildirilir. Cənubi Koreya prezidenti Li Myunq Bakın milli təhlükəsizlik üzrə məsləhətçisi Şimali Koreyanın nüvə hədəsinin narahatedici səviyyəyə çatdığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR