Bank Of Baku

Pakistan hərbi təchizat yolunu hələ də açmayıb

Pakistan hərbi təchizat yolunu hələ də açmayıb
# 08 oktyabr 2010 02:31 (UTC +04:00)
Bakı-APA. Pakistan NATO qüvvələrinin hərbi təchizatla təmin edilməsi üçün sərhədlərini hələ də açmayıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Pakistanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Bəsit bildirib ki, təhlükəsizlik durumu araşdırılır və təchizat yolunun açılması qərarı lazımı şəkildə açıqlanacaq. Pakistan rəsmiləri Torxum keçid məntəqəsini bir həftə əvvəl, NATO vertolyotlarının Pakistanın hərbi postlarını atəşə tutmasından sonra bağlayıb. Hücum zamanı iki əsgər həlak olmuş, dördü isə yaralanmışdı. ABŞ-ın Pakistandakı səfəri Ann Patterson Pakistan və həlak olanların ailə üzvlərindən üzr istəmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR