Bank Of Baku

Əfqanıstanda terror aktı nəticəsində əyalət valisi öldürülüb

Əfqanıstanda terror aktı nəticəsində əyalət valisi öldürülüb
# 08 oktyabr 2010 18:50 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın şimalındakı Tahar əyalətinin məscidlərinin birində baş vermiş partlayış nəticəsində həlak olan 20 nəfərin arasında ölkənin Qunduz əyalətinin valisi Ömər Məhəmməd də var. Bu barədə CNN məlumat verib.

Məlumatda deyilir ki, «Taliban» hərəkatının qatı əleyhdarı olan qubernatoru artıq bir neçə dəfə öldürmək istəyibmişlər.

Partlayış nəticəsində 35 nəfər də yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR