Bank Of Baku

İranın Rəşt şəhərində bir ailənin 3 üzvü öldürülüb

İranın Rəşt şəhərində bir ailənin 3 üzvü öldürülüb
# 11 oktyabr 2010 12:59 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Gilan vilayətinin Rəşt şəhərində gecə saatlarında bir ailənin 3 üzvü öldürülüb. APA-nın “Shomalnews”a istinadən verdiyi məlumata görə, bu barədə Gilan vilayətinin polis rəisi Abdullah Kərimi deyib. O bildirib ki, öldürülənlər bir ailənin üzvləri - 46 yaşlı ata, 44 yaşlı ana və ailənin 17 yaşlı oğludur. Onlar naməlum şəraitdə, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən boğularaq öldürülüblər.
Ə. Kərimi deyib ki, hazırda cinayətkarların tapılması istiqamətində axtarışlar davam etdirilir.

Polis rəisi 6 ay ərzində Rəşt şəhərində 11 qətl hadisəsinin baş verdiyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR