Bank Of Baku

«Toyota» şirkəti Yaponiyada baş vermiş sunami ilə əlaqədar ABŞ-da istehsalı azaldacaq

«Toyota» şirkəti Yaponiyada baş vermiş sunami ilə əlaqədar ABŞ-da istehsalı azaldacaq
# 26 mart 2011 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Dünyanın ən iri avtomobil istehsalçısı olan «Toyota» şirkəti Yaponiyada baş vermiş zəlzələ və sunamidən sonra material qıtlığı ilə üzləşib.

«APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu səbəbdən şirkət Cənubi Amerikadakı bəzi fabriklərində avtomobil istehsalını azaltmağa qərar verib.

Şirkətin başlıca fabriklərinin olduğu Yaponiyada zəlzələ və sunami nəticəsində istehsal sahəsi iflasa uğrayıb. Ölkədə elektrik enerjisinin daimi olmaması bu sahəyə ciddi zərbə vurub. Bu səbəbdən də şirkətin mövcud fabrikləri parça istehsalı üzrə ixtisaslaşmış vəziyyətə keçib.

Həmçinin parçaların vaxtında istehsal edilməməsi, eyni zamanda məhsulun bir neçə min kilometr uzaqda yerləşən fabriklərə göndərilməsi istehsalın həcmini azaldan amillərdən biridir.

Qeyd edək ki, «Toyota» şirkəti Yaponiyadakı 12 montaj fabrikinin fəaliyyətinin bu ilin mart ayın 26-dək dayandırıldığını bəyan edib.

Hazırda şirkət ABŞ, Kanada, və Meksikadakı fabriklərində ehtiyatları gözdən keçirərək, bu ölkələrdəki istehsalın dayandırlıb-dayandırılmamasına baxacaq.

Qeyd edək ki, «Toyota» şirkəti ilə yanaşı «Sony» «Nissan» və «Honda» şirkətləri də Yaponiyada fəaliyyətini dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR