Bank Of Baku

“Fukusima-1” stansiyasından götürülən su nümunələrində radioaktiv yodun miqdarı normadan 3355 dəfə artıq olub

“Fukusima-1” stansiyasından götürülən su nümunələrində radioaktiv yodun miqdarı normadan 3355 dəfə artıq olub
# 30 mart 2011 06:53 (UTC +04:00)
APA-nın məlumatına görə, Yaponiya Atom Energetikası Nazirliyi iki gün əvvəl qəza vəziyyətində olan atom elektrik stansiyasının beşinci və altıncı reaktorlarının sahil xəttində radioaktiv yod miqdarının normadan 1150 dəfə artıq olduğunu bəyan etmişdi.

Xatırladaq ki, Yaponiyada baş verən zəlzələ və sunami nəticəsində “Fukusima-1” AES-in enerji bloklarının soyutma sistemi sıradan çıxıb. Stansiyada bir neçə dəfə partlayış baş verib, nəticədə ətraf bölgələrdə radiasiya fonu artıb. “Fukusima-1” stansiyasının 20 kilometr radiusunda yaşayan bütün insanlar evakuasiya olunublar. Daha sonra 30 kilometr radiusda yaşayanlara öz evlərini tərk etmək tövsiyə olunub. Dünən Yaponiyanın baş naziri ölkədə nüvə təhlükəsinə qarşı ən yüksək dərəcəli həyəcan rejimi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR