Bank Of Baku

Son 10 ildə Hindistanın əhalisi 181 milyon nəfər artıb

Son 10 ildə Hindistanın əhalisi 181 milyon nəfər artıb
# 31 mart 2011 11:12 (UTC +04:00)
Bakı – APA. Son 10 ildə Hindistanın əhalisi 181 milyon nəfər artaraq 1,21 milyarda çatıb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu rəqəm növbəti siyahıyaalmadan sonra bəlli olub. Hindistan əhalisi dünya əhalisinin 17%-ni təşkil edir. Ötən onillikdə ölkədə əhalinin artım tempi azalaraq 17,6% olub. Bundan əvvəlki onillikdə isə artım tempi 21,5% idi.

Hazırda Hindistan əhalisinin sayına görə Çindən sonra ikincidir. Çinin əhalisi 1,34 milyard nəfərdir. Lakin ekspertlər gələcəkdə Hindistanın bu sahədə Çini geridə qoyacağını bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR