Bank Of Baku

Suriya müxalifəti əhalini bütün ölkə üzrə etiraz aksiyaları keçirməyə çağırıb

Suriya müxalifəti əhalini bütün ölkə üzrə etiraz aksiyaları keçirməyə çağırıb
# 01 aprel 2011 04:16 (UTC +04:00)
Bakı-APA. Suriya müxalifəti bu gün əhalini siyasi islahatlar tələbi ilə bütün ölkə üzrə etiraz aksiyaları keçirməyə çağırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bu ərəfədə prezident Bəşər Əsəd Deraa və Latakia şəhərlərində nümayişçilərin qətlə yetirilməsi faktlarını araşdırmağı əmr edib, həmçinin fövqəladə vəziyyətin qaldırılması məsələsinə baxmaq üçün xüsusi komitə yaradılması barədə qərar qəbul edib.
SANA dövlət agentliyi bildirib ki, komitə aprelin 25-də öz işini bitirəcək.
Suriyada iki həftədir ki, davam edən etiraz aksiyalarında nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda onlarla insan həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR