Bank Of Baku

Suriyada siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan iki amerikalı azadlığa buraxılıb

Suriyada siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan iki amerikalı azadlığa buraxılıb
# 01 aprel 2011 23:52 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar bildiriblər ki, Dəməşq Suriyada siyasi iğtişaşlarda iştirak etməkdə ittiham olunan iki amerikalını azadlığa buraxıb. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. Dövlət Departamentinin sözcüsü Mark Toner keçirdiyi brifinqdə 32 yaşlı Məhəmməd Radvanla 21 yaşlı Patik Rutun azad edildiyini təsdiqləyib.Toner yalnız bəsi detallara toxunub. O eyni zamanda iki nəfərin həbsdə saxlanıldığı dövrdə Birləşmiş Ştatların nümayəndələrinin onlarla görüşünə icazə vermədiyinə görə Suriyanı tənqid edib. Radvanın azad edildiyi onun qohumları tərəfindən də elan edilib. Onlar nümayişlər zamanı şəkil çəkdiklərinə görə saxlanılmışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR