Bank Of Baku

Yəmən prezidenti hakimiyyəti təhvil verməyə razılaşıb

Yəmən prezidenti hakimiyyəti təhvil verməyə razılaşıb
# 11 aprel 2011 13:00 (UTC +04:00)
Bakı – APA. Yəmən prezidenti Əli Abdulla Saleh Fars Körfəzindəki ərəb ölkələrinin Əməkdaşlıq Şurası tərəfindən irəli sürülən həll planını qəbul edib. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Yəmən liderinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, prezident Saleh hakimiyyəti Konstitusiya əsasında dinc yolla təhvil verməyə razıdır.

Plana əsasən Ə. A. Saleh hakimiyyəti müvəqqəti olaraq vitse-prezident Abdrabuh Mansur Hadiyə verməli, ölkədə keçid hökuməti yaradılmalı və demokratik seçki keçirilməlidir. Bunun əvəzində prezident Salehə toxunulmazlıq və qonşu ölkələrin birinə getmək barədə təminat verilir.

Qeyd edək ki, yanvar ayından bəri Yəməndə prezidentin istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR