Bank Of Baku

Qətərdə Liviya üzrə əlaqə qrupunun iclası keçiriləcək

Qətərdə Liviya üzrə əlaqə qrupunun iclası keçiriləcək
# 12 aprel 2011 04:16 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns Qətərdə aprelin 12-13-də keçiriləcək Liviya üzrə əlaqə qrupunun iclasında iştirak edəcək. Bu barədə Dövlət departamenti məlumat yayıb.

Bernsi səfərdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon, həmçinin dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Ceffri Feltman müşayiət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR