Bank Of Baku

Əfqanıstan ordusunun iki korpusunun qərargahı partladılıb

Əfqanıstan ordusunun iki korpusunun qərargahı partladılıb
# 16 aprel 2011 10:02 (UTC +04:00)
Bakı - APA. Bu gün səhər Əfqanıstanın şərqindəki Laqman əyalətində yerləşən “Kambiri” hərbi bazasında partlayış baş verib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi açıqlama yayıb.

Hadisə nəticəsində Əfqanıstan Milli Ordusunun korpusunun qərargahı partladılıb. hazırda partlayışın səbəbləri araşdırılır. Hadisənin terrorçu-kamikadze tərəfindən törədilməsi istisna olunmur. Partlayış nəticəsində dörd hərbi qulluqçu həlak olub, ən azı səkkiz nəfər yaralanıb.

Əfqanıstan Müdafiə Nazirliyindən onu da bildiriblər ki, bu gün yerli vaxtla səhər saat 7:30-da ölkənin şərqindəki Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində yerləşən ordu korpusunun qərargahında da terror aktı törədilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR