Bank Of Baku

Suriyada 48 ildir hökm sürən fövqəladə vəziyyət ləğv edilir

Suriyada 48 ildir hökm sürən fövqəladə vəziyyət ləğv edilir
# 19 aprel 2011 16:56 (UTC +04:00)
Bakı – APA. Suriyanın daxili işlər naziri Məhəmməd İbrahim əş-Şaar dövlət televiziyası ilə çıxışında ölkədə 1963-cü ildən hökm sürən fövqəladə vəziyyət rejiminin tezliklə ləğv olunacağını açıqlayıb. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, nazir deyib ki, müvafiq qanun layihəsi artıq hökumət tərəfindən bəyənilib və prezident Bəşər Əsəd imzaladıqdan sonra qüvvəyə minəcək. Ölkədə siyasi işlərə baxan Ali Dövlət Təhlükəsizlik Məhkəməsi də ləğv ediləcək.

Buna baxmayaraq, daxili işlər naziri istənilən qeyri-qanuni mitinq və yürüşlərin qadağan olunduğunu və bu qadağanı pozanlara qarşı qanunun bütün sərtliyi ilə tədbir görüləcəyini də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR