Bank Of Baku

BMT-nin Təhlükəsizlik Şurası Yəmən hakimiyyətini və müxalifəti dialoqa çağırıb

BMT-nin Təhlükəsizlik Şurası Yəmən hakimiyyətini və müxalifəti dialoqa çağırıb
# 20 aprel 2011 03:42 (UTC +04:00)
Bakı-APA. BMT-nin Təhlükəsizlik Şurası Yəmən hakimiyyətini və prezident Əli Abdullah Salehin istefasını tələbi ilə etiraz aksiyaları keçirən müxalifəti dialoqa çağırıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdən sonra yekun sənəd qəbul olunmadı. BMT diplomatlarının sözlərinə görə, Rusiya sənədin qəbul olunmasına qarşı çıxış edib.
Bir qədər əvvəl, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yəmən müxalifəti Qərbin yardımını gözləməməlidir.

Yəməndə iki ay davam edən hökumət əleyhinə etiraz aksiyaları zamanı 100 nəfərdən çox insan həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR