Bank Of Baku

Hüsnü Mübarəkin həbs müddəti 15 gün uzadılıb

Hüsnü Mübarəkin həbs müddəti 15 gün uzadılıb
# 22 aprel 2011 13:38 (UTC +04:00)
Bakı – APA. Misir baş prokuroru Abdel Macid Mahmud sabiq prezident Hüsnü Mübarəkin həbs müddətini daha 15 gün uzadıb. APA-nın Misirin MENA agentliyinə istinadən verdiyi məlumata görə, hazırda Mübarək Şarm-Əş-Şeyx şəhərindəki xəstəxanada ciddi mühafizə altındadır. O, aprelin 12-də ürəyindəki problemlə əlaqədar bu xəstəxanaya aparılıb. Ertəsi gün Baş Prokurorluq H. Mübarəkin və 2 oğlunun 15 sutka müddətinə həbsi barədə qərar qəbul edib. Onlar korrupsiya, qanunsuz varlanma, xidməti vəziyyətindən sui-istifadə və insanları nümayişçilərə qarşı aqressiv hərəkətlərə təhrik etməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR