Bank Of Baku

Suriyada nümayişin yatırılması zamanı 25 nəfər qətlə yetirilib

Suriyada nümayişin yatırılması zamanı 25 nəfər qətlə yetirilib
# 22 aprel 2011 18:43 (UTC +04:00)
Bakı-APA. Suriyada bu gün etiraz aksiyalarının yatırılması zamanı ən azı 25 nəfər qətlə yetirilib.

Deraa şəhərində nümayişçilərə atəş açılması zamanı 9 nəfər həlak olub. Dəməşqdə ən azı 8 nəfər qətlə yetirilib. Digər həlak olanlar Hums və Hama şəhərlərindəki aksiyaların iştirakçıları olublar. Bu şəhərlərdə nümayişçilər polis idarələrini ələ keçirməyə cəhd ediblər.

Xatırladaq ki, dünən Suriya prezidenti Bəşər Əsəd ölkədəki fövqəladə vəziyyət rejimini ləğv edən qanunu təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR