Bank Of Baku

Suriyada yenə qan tökülüb

Suriyada yenə qan tökülüb
# 23 aprel 2011 15:55 (UTC +04:00)
Bakı – APA. Suriyada aprelin 22-də keçirilən kütləvi aksiyalar zamanı öldürülmüş şəxslərin dəfn mərasimində yenə qan tökülüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, snayperlər paytaxt Dəməşqdə dəfn mərasiminə qatılanlara atəş açıb. Paytaxtın Barzeh rayonunda 3 nəfərin, Dəməşq ətrafındakı Duma yaşayış məntəqəsində 4 nəfərin, ölkənin cənubundakı Əzrəh şəhərində isə 3 nəfərin öldürüldüyü bildirilir. Matəm nümayişlərində on minlərlə adam iştirak edib.

Qeyd edək ki, aprelin 2-də Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlərdə 80-dən çox adam ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR