Bank Of Baku

AB Suriyadakı zorakılığı pisləyib və Dəməşqi islahatlar aparmağa çağırıb

AB Suriyadakı zorakılığı pisləyib və Dəməşqi islahatlar aparmağa çağırıb
# 24 aprel 2011 01:45 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqının xarici işlər üzrə Ali Nümayəndəsi Ketrin Eşton Suriya hökumətinin etiraz nümayişləri iştirakçılarına qarşı tətbiq etdiyi zorakılığı pisləyib və bu ölkənin hakimiyyətini siyasi islahatlar aparmağa çağırıb, APA RİA Novosti agentliyinə istinadən xəbər verir.
"Mən Suriya hakimiyyətini əsas insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyinə hörmət etməkdən başlayaraq geniş siyasi islahatları həyata keçirməyə çağırıram. Bu islahatların dərhal müəyyən bir qrafik üzrə başlanılması vacibdir " - Eşton bildirib. Avropa diplomatiyasının rəhbəri deyib ki, "AB Suriyada real islahatları dəstəkləməyə hazırdır".
O etiraz aksiyalarına qarşı güc tətbiq olunmasını qəbuledilməz adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR