Bank Of Baku

Suriyanın Deraa şəhərində təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb, ən azı 25 nəfər ölüb

Suriyanın Deraa şəhərində təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıb, ən azı 25 nəfər ölüb
# 25 aprel 2011 15:51 (UTC +04:00)
Dəməşq-APA. Suriyanın Deraa şəhərində təhlükəsizlik qüvvələri ilə hökumət əleyhinə aksiya keçirən vətəndaşlar arasında baş verən toqquşmada ən azı 25 nəfər ölüb. APA-nın məlumatına görə, təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün kütləyə atəş açıblar. Hüquq müdafiəçiləri kütləyə artilleriya qurğularından atəş açıldığını bildirirlər. Ölənlərin meyitləri küçədə qalıb, hazırda şəhərin küçələrindən atəş səsləri gəlir, binaların damlarına snayperlər yerləşdirilib. “Əl-Cəzirə” telekanalı hökumətin şəhərə ağır texnika yeritdiyini bildirir. Yerli kütləvi informasiya vasitələri isə toqquşma barədə məlumat yaymayıblar. Yerli KİV “Əl-Cəzirə” telekanalını dezinformasiya yaymaqda ittiham edib. “Əl-Cəzirə”nin Dəməşqdəki ofisi qarşısında telekanalın bağlanması tələbi ilə aksiya keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR