Bank Of Baku

Yəmən müxalifəti barışıq planı ilə razılaşıb

Yəmən müxalifəti barışıq planı ilə razılaşıb
# 26 aprel 2011 04:56 (UTC +04:00)
Bakı-APA. Yəmən müxalifəti Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq şurası tərəfindən təklif olunmuş ölkədə hakimiyyətin ötürülməsinə dair planı tam olaraq qəbul edib və keçid hökumətinin formalaşdırılmasında iştirak etməyə hazırdır. Bu barədə Reuters-ə müxalifətdəki mənbə məlumat verib.

Ötən həftə Yəmənin hakim «Ümummilli xalq konqresi» partiyası artıq sözügedən planı bəyənib. Plana görə, Milli birlik hökuməti formalaşdıqdan sonra prezident Əli Abdulla Saleh 30 gün ərzində istefa verməlidir. Hökumət təyin olunduqdan sonra prezident hakimiyyəti vitse-prezidentə verməli, müxalifət isə nümayişlərə son qoymalıdır.

Plana görə, Saleh məhkəməyə cəlb olunmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR