Bank Of Baku

Yəmən prezidenti müalicə almaq üçün Səudiyyə Ərəbistandadır

Yəmən prezidenti müalicə almaq üçün Səudiyyə Ərəbistandadır
# 05 iyun 2011 01:05 (UTC +04:00)
Bakı– APA. Yəmənin paytaxtı Sənada iyunun 4-də baş vermiş atışma zamanı yaralanan prezident Əli Abdulla Saleh Səudiyyə Ərəbistana müalicə almağa gəlib çatıb.
APA-nın verdiyi xəbərə görə,Yəmən hökumətində mənbə Reyter agentliyinə bildirib ki, prezident Salehin təyyarəsi Səudiyyə Ərəbistanda hava limanına enib. Yəmən prezidenti ilə yanaşı digər yaralılar: - ölkənin baş naziri, hökumətə daxil olan yüksək rütbəli 4 məmur və parlamentin deputatı da Səudiyyə Ərəbistanına gəliblər.
Yəməndə prezident və ordunun baş komandanı vəzifəsinin icra olunması vitse-prezident Əbdirəbbi Mənsur Hadiyə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR