Bank Of Baku

İran Silahlı Qüvvələrinin Azərbaycanla həmsərhəd ərazidə keçirdiyi təlimlərin ikinci mərhələsi başlayıb

İran Silahlı Qüvvələrinin Azərbaycanla həmsərhəd ərazidə keçirdiyi təlimlərin ikinci mərhələsi başlayıb
# 12 sentyabr 2011 08:28 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran İslam Respublikası Hərbi Hava Qüvvələri bu mərhələdə hərbi əməliyyatların elektron-radar versiyasını sınaqdan çıxarıb.

“Müxtəlif təyinatlı döyüş təyyarələri davam etməkdə olan taktiki təlimlərdən savayı, müxtəlif tezliklərdə radioelektron mübarizəni uğurla sınaqdan keçirib”, - deyə İran Hərbi Hava Qüvvələrinin nümayəndəsi, general Hüseyn Çitforuş bildirib.

İranlı general qeyd edib ki, yerli istehsal olan iki hərbi təyyarə - “Saeqeh” və “Azaraxş” döyüş tapşırıqlarını yerinə yetirərək, radioelektron radar sistemindən yayınmaq qabiliyyəti göstərib və şərti hədəfləri bombalayıb.

On günlük hərbi təlimlər “Vilayət-3 səmasının müdafiəçiləri” adlanır. Daxili istehsal olan döyüş təyyarələrindən başqa, təlimlərə “Miq-29”, “Su-24”, “F-4”, “F-5” və digər təyyarə növləri də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR