Bank Of Baku

Buşəhr Atom Elektrik Stansiyasının enerji bloku istismara verilib

Buşəhr Atom Elektrik Stansiyasının enerji bloku istismara verilib
# 12 sentyabr 2011 14:17 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Əli Əkbər Salehi ümid etdiyini bildirib ki, enerji bloku 2-3 ay sonra tam gücü ilə çalışmağa başlayacaq: “Reaktor bir həftə sonra avadanlığa baxış və əlavə testlərin keçirilməsi üçün İranın elektrik sistemindən ayrılacaq. Sonra yenidən sistemə qoşulacaq və tam gücü ilə çalışmağa başlayacaq. Bu, 2-3 ay çəkəcək”.

Qeyd edək ki, İranda və bölgədə ilk AES olan Buşəhr AES-in tikintisinə 1975-ci ildə almanlar tərəfindən başlanıb. Lakin 1979-cu ildə baş verən islam inqilabından və İran-İraq müharibəsindən sonra tikinti dayanıb. 1995-ci ildə Buşəhr AES-in birinci enerji blokunun inşası ilə bağlı İranla Rusiya arasında müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR