Bank Of Baku

İran: «Sanksiyalar nüvə proqramının qarşısını ala bilməz»

İran: «Sanksiyalar nüvə proqramının qarşısını ala bilməz»
# 12 sentyabr 2011 19:58 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq sanksiyalar İranın nüvə proqramının inkişafını dayandıra bilməyəcəklər. İranın Atom energetikası üzrə təşkilatının rəhbəri Firudin Abbasi Davani belə bir bəyanatla çıxış edib. Onun sözlərinə görə, sanksiyalar İranı daha da gücləndirib və lider mövqelərinə çıxarıb.

«Biz atomun dinc məqsədlərlə istifadə olunmasının qanuni haqqımız olduğunu hesab edirik və bu haqqı qorumaq əzmindəyik. Atom energetikası İranda sənaye və elmin inkişafına səbəb olur və biz onun inkişafından imtina etmək fikrində deyilik», deyə Davani bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR