Bank Of Baku

Avropa Parlamenti Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb

Avropa Parlamenti Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağırıb
# 15 sentyabr 2011 16:14 (UTC +04:00)
Bakı - APA. Avropa Parlamenti Suriya prezidenti Bəşər Əsədi istefa verməyə çağıran qətnamə qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, qətnamədə Bəşər Əsəd və onun rejimi hakimiyyətdən dərhal imtina etməyə çağırılır, eləcə də Suriyada baş verən ölüm, həbs və işgəncə faktlarının müstəqil və şəffaf araşdırılması tələb olunur.

Avropa Parlamenti deputatları Suriya hökumətindən nümayişçilərə qarşı güc tətbiqini dayandırmağa da tələb edib.

Qətnamədə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən Rusiya və Çin Suriyada nümayişçilərə qarşı güc tətbiqini pisləməyə və güc tətbiqi dayandırılmazsa, Dəməşqə qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

Qeyd edək ki, bu ilin mart ayından Suriyada Bəşər Əsəd rejiminə qarşı başlayan etirazlar zamanı öldürülənlərin sayı 2200 nəfəri keçib. ABŞ və Avropa İttifaqı Bəşər Əsədi istefa verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR