Bank Of Baku

Suriya müxalifətinin vahid strukturu yaradılıb

Suriya müxalifətinin vahid strukturu yaradılıb
# 16 sentyabr 2011 02:08 (UTC +04:00)
Bakı-APA. Suriya müxalifətinin nümayəndələri Bəşər Əsəd rejiminin devrilməsində səylərini birləşdirmək üçün ümumi təşkilat təsis ediblər. Bu barədə Qətərin «Əl-Cəzirə» telekanalı məlumat yayıb.

Yeni qurumun adı «Suriya Milli şurası»dır. Onun təsis olunması barədə qərar Türkiyənin İstanbul şəhərində keçirilmiş dördgünlük danışıqların nəticəsində qəbul olunub.

Suriya Milli şurasına ümumilikdə 140 nəfər daxil olacaq. Onların arasında həm ölkə daxilində yaşayan müxalif siyasətçilər, həm də xaricdəki dissidentlər var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR