Bank Of Baku

Çində 4 uyğur ölümə məhkum edilib

Çində 4 uyğur ölümə məhkum edilib
# 16 sentyabr 2011 12:49 (UTC +04:00)
Bakı – APA. Çində məhkəmə ölkənin Sincan-Uyğun muxtar bölgəsinin 4 sakinini ölümə məhkum edib. APA-nın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu şəxslər qan tökülməsi ilə nəticələnmiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Daha 2 nəfər 19 il həbs cəzasına məhkum edilib. Onların hamısı uyğurdur.

Çin mətbuatı məhkəmə prosesinin ədalətli və şəffaf keçirildiyini iddia etsə də, mühacirətdəki uyğurlar məhkumların işgəncələrə məruz qaldığını açıqlayıblar. Almaniyada mühacirətdə olan Dünya Uyğur Konqresinin baş katibi Dolğun İsa verilən hökmlərin siyasi xarakterli olduğunu deyib.

Qeyd edək ki, uyğurlar Çində mədəni və dini hüquqları uğrunda mübarizə aparırlar və assimilyasiya siyasətinə müqavimət göstərirlər. Əvvəllər Sincan-Uyğur muxtar bölgəsində uyğurlar çoxluqda olub, lakin Çin hökuməti bu əraziyə milyonlarla etnik çinli köçürdükdən sonra uyğurlar azlıqda qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR